Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Azərbaycanda tanınmış məşqçi vəfat etdi – FOTO

Reklam728 × 90

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib. Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası Leksutov İqor Pavloviç bu gün 82 yaşında dünyasını dəyişib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.

O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb. Təcrübəli mütəxəssis 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.

Azərbaycan Həndbol Federasiyasının kollektivi olaraq İqor Leksutovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına səbr diləyirik.

Allah rəhmət eləsin!

 

Reklam728 × 90