Beyləqanda kanalizasiya quyusuna düşərək ölən Uğur ailənin tək oğlu olub.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Uğurun atası Elmidar İmanov danışıb.
“Uşaq həyətdə oynayırmış, biz görməmişik. Axtaranda məlum oldu ki, kanalizasiya quyusuna düşüb” – ata əlavə edib.
Ailənin Uğurdan başqa daha iki qız övladı var.

****
14:48
Beyləqan rayonunda kanalizasiya quyusuna düşən azyaşlı ölüb.
“Xəbərsiz” Report-a istinadən xəbər verir ki rayonun Tatalılar kənd sakini, 4 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində qazılan təsərrüfat quyusuna düşərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.







