Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

7 aptekdə nöqsanlar aşkarlandı

Reklam728 × 90

2025-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 25 aptekdə yoxlama həyata keçirilib. Bu yoxlamalardan 9-u Bakı şəhərində, 16-ı isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

“Xəbərsiz” xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, yoxlamaların 11-i planlı, 14-ü isə plandankənar olub.

“Aparılmış yoxlamalar nəticəsində 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib”, – məlumatda qeyd olunub.

Reklam728 × 90