Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Usta avtomobillərin hissələrini oğurladı

Reklam728 × 90

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

“Xəbərsiz”in məlumatına görə, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “KamAZ” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Reklam728 × 90