Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Liverpul” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Reklam728 × 90

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərədə “Liverpul” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunu idarə edəcək hakimlər açıqlanıb.

“Xəbərsiz” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı slovakiyalı İvan Krujlyak idarə edəcək.

Ona Branislav Hanko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

Qeyd edək ki, görüş yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Reklam728 × 90