Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bu ərazilərdə saat 11:00-dan sonra işıqlar KƏSİLƏCƏK

Reklam728 × 90

Bilgəh bağları istiqamətində işıq kəsiləcək.

“Xəbərsiz” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilir ki, fevralın 17-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/10/6 kV-luq “Bilgəh” yarımstansiyasında təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Bilgəh bağları istiqamətində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Reklam728 × 90