Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bakıda orta əməkhaqqı artdı

Reklam728 × 90

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü il ilə müqayisədə 8,6 % artıb.

Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3 % artaraq 1102,9 manat təşkil edib.

Reklam728 × 90