Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bayram namazı nə vaxt qılınacaq?

Reklam728 × 90

Azərbaycanın bütün məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.

“Xəbərsiz” xəbər verir ki, martın 20-də Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq.

Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.

Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq.

QMİ Qazılar Şurasının martın 19-da yaydığı fətvada qeyd edilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonradır.

Fətvada həmçinin vurğulanıb ki, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Reklam728 × 90