Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Uzunömürlülüyün sirri açıldı: Cəmi 3 məsləhətə qulaq asın

Reklam728 × 90

ABŞ-ın ən yaşlı kişisi hesab edilən 111 yaşlı Luis Kano uzunömürlülüyünün sirrini açıqlayıb.

“Xəbərsiz” xəbər verir ki, Kolumbiyada doğulan və hazırda Nyu-Cersi ştatının Linden şəhərində yaşayan Kano üç sadə qaydaya əməl etdiyini bildirib.

“Çox içməyin, yaxşı yatın və siqaret çəkməyin”, – deyə o qeyd edib.

1914-cü il dekabrın 9-da anadan olan Luis Kano 10 övlad atasıdır. Onun yaşı uzunömürlülük rekordlarını izləyən “LongeviQuest” təşkilatı tərəfindən təsdiqlənib. Təşkilata görə, o, ABŞ-da yaşayan ən yaşlı kişi hesab olunur.

Kano mənalı həyat üçün daha bir məsləhət də verib: “Özünüzü yaxşı aparın”.

 

Reklam728 × 90