Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Minik avtomobili lokomotivlə toqquşdu

Reklam728 × 90

Bu gün saat 09:15 radələrində Xaçmaz-Çarxı sahəsində “Prius” markalı minik avtomobili dəmiryol keçidindən istifadə qaydalarını pozub, nəticədə həmin sahədə hərəkətdə olan lokomotivlə toqquşub.

“Xəbərsiz” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Qeyd edilib ki, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır:

“ADY bir daha sürücüləri dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa, qaydalara, o cümlədən yol nişanlarının tələblərinə riayət etməyə, yalnız qatara yol verdikdən sonra hərəkəti davam etdirməyə çağırır”.

Reklam728 × 90