Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Ebola”nın simptomları: qızdırma, damaq və burunda qanamalar…

Reklam728 × 90

“Ebola” epidemiyası yüksək hərarət, halsızlıq və əzələ ağrıları ilə başlayır.

“Xəbərsiz” xəbər verir ki, bu barədə “lenta.ru”ya həkim-epidemioloq, Rusiya Elmlər Akademiyasının (REA) akademiki Gennadi Onişşenko danışıb.

O qeyd edib ki, sonradan simptomlar daha da ciddiləşir.

Mütəxəssis izah edib ki, epidemiyaya yoluxanların təxminən yarısı hemorragik səpkilərdən, həmçinin damaq və burun qanamalarından əziyyət çəkir. O, xəstəliyin inkubasiya dövrünün 2 gündən 21 günədək davam edə biləcəyini xatırladıb.

Onişşenko xəstəliyin təbii ocaqları olan Qərbi Afrika ölkələrinə səyahətlərdən çəkinməyə çağırıb.

Onun sözlərinə görə, infeksiyanı ölkəyə gətirməyin ən asan yolu turist uçuşlarıdır.

Reklam728 × 90