Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“McDonald’s”da şok görüntü: Müştəriyə çiy toyuq təqdim edildi? – VİDEO

Reklam728 × 90

“McDonald’s” restoranlar şəbəkəsinin Bakıdakı filiallarından birində müştəri şikayəti qeydə alınıb.

“Xəbərsiz” xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən vətəndaş sifariş etdiyi toyuq qanadlarının keyfiyyətindən narazılıq edib.

Müştərinin sözlərinə görə, təqdim olunan məhsul tam bişirilməyib və ətin iç hissəsi çiy qalıb.

“McDonald’s-da bu nə biabırçılıqdır? Bunu yemək olar?” – deyə paylaşım müəllifi qeyd edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə də toyuq qanadlarının tam bişmədiyi əks olunub.

Məsələ ilə bağlı restoranlar şəbəkəsinin mövqeyi hələlik açıqlanmayıb.

Xəbərsiz

https://www.instagram.com/reel/DY36jGxMa43/?igsh=NHpsNzdiZWthZHls

Reklam728 × 90