Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Mübariz İbrahimovun anım mərasimi keçirilib

Reklam728 × 90

Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasının 16 illiyinə həsr olunan anım mərasimi keçirilib.

“Xəbərsiz” xəbər verir ki, bu çərçivədə şəhid Milli Qəhrəmanın ailəsi və ev-muzeyi ziyarət olunub.

Anım tədbirində rayon rəsmiləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində 5 saat davam etmiş qeyri-bərabər döyüşdə təkbaşına düşmənin xeyli canlı qüvvəsini məhv edərək şəhadətə yüksəlib.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə M.İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.

Həmçinin oxuyun

Reklam728 × 90