Avropa İttifaqı Qrenlandiya ilə təhlükəsizlik və əməkdaşlıq haqqında yeni saziş imzalamağa hazırlaşır.
Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyon məlumat verib.
Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 6-7-də Qrenlandiyaya səfər edəcək. Səfər çərçivəsində o, Qrenlandiya və Danimarkanın baş nazirləri ilə görüşəcək və tərəflər arasında təhlükəsizlik və əməkdaşlıq sazişi imzalanacaq.
Qeyd edək ki, Aİ son dövrlərdə Qrenlandiya ilə əlaqələrini gücləndirib. Buna Donald Trampın adanın ABŞ nəzarətinə keçməli olduğu barədə açıqlamaları səbəb olub.
Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının muxtar ərazisidir və Aİ-yə daxil deyil. Bununla belə, ada ilə Avropa İttifaqı arasında xüsusi münasibətlər mövcuddur.







