Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Finlandiya prezidentindən Rusiya açıqlaması: Pekin buna imkan verməyəcək

Reklam728 × 90

Çin Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinə imkan verməyəcək.

Bu barədə “Politico”ya müsahibəsində Finlandiya prezidenti Aleksandr Stubb Çin xarici işlər naziri Van İ ilə keçirdiyi görüşdən danışarkən deyib.

Finlandiya liderinin sözlərinə görə, Pekin bu məsələdə Moskvaya qarşı ciddi çəkindirici rol oynaya bilər.

“Çin xarici işlər naziri mənə dedi ki, bunun baş verməsinə heç vaxt imkan verməyəcəklər. Məncə, bu, kifayət qədər təsirli çəkindirici amildir”, – Stubb bildirib.

O, həmçinin Avropanı Rusiyanın mümkün nüvə eskalasiyası ilə bağlı panikaya düşməməyə çağırıb: “Dramatizasiya etməyin, ən pis ssenariyə hazırlaşın ki, onun qarşısını alasınız”.

Stubb onu da qeyd edib ki, Avropa gələcəkdə Rusiya ilə birbaşa siyasi dialoqu bərpa etməli ola bilər. Onun sözlərinə görə, əsas məqsəd anlaşılmazlıqların və daha böyük qarşıdurmanın qarşısını almaqdır.

Finlandiya prezidenti buna baxmayaraq, hazırda Avropanın əsas prioritetinin Ukraynaya dəstəyin davam etdirilməsi olduğunu bildirib.

Reklam728 × 90