Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Ukraynanın bir günlük müharibə xərci açıqlandı – DƏHŞƏT SAÇAN RƏQƏM

Reklam728 × 90

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkəsinin Rusiya ilə müharibədə bir gün ərzində təxminən 450 milyon dollar xərclədiyini açıqlayıb.

Diplomat bu barədə Qazaxıstanın “Ulysmedia” nəşrinə müsahibəsində danışıb.

“Bizim üçün müharibənin bir günü 450 milyon dollara başa gəlir”, – Sibiqa bildirib.

Nazirin sözlərinə görə, Ukraynanın işlək iqtisadiyyata böyük ehtiyacı var. O, məhz buna görə ərzaq qiymətlərindəki artımın Kiyev üçün xüsusilə həssas məsələ olduğunu vurğulayıb.

Reklam728 × 90