Naxçıvan iqtisadi rayonunun ərazisində dabaq xəstəliyindən azad zonanın yaradılması nəzərdə tutulur.
Bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramında öz əksini tapıb.
Sənədə əsasən, dabaq xəstəliyindən azad zonanın yaradılması və müvafiq hesabatların beynəlxalq təşkilatlara təqdim edilməsi Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi, yerli icra hakimiyyətləri və AQTA tərəfindən 2027–2032-ci illərdə həyata keçiriləcək.







