Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sumqayıtda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Reklam728 × 90

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

Hadisə şəhərin S.Vurğun küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Abdullayev Tural Şəhriyar oğlu “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun hərəkət hissəsində aşıb.

Qəza zamanı sürücü ilə yanaşı, avtomobilin sərnişini 2002-ci il təvəllüdlü Kərimov Cəsur Akif oğlu da xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Reklam728 × 90