Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Məşhur müğənni xəstəxanalıq oldu: ağır diaqnoz qoyuldu

Reklam728 × 90

Müğənni Nev səhhətində yaranan ciddi problem səbəbilə xəstəxanada müalicə olunur.

Sənətçinin meneceri İlker Ercan onun səhhəti ilə bağlı açıqlama verib.

Məlumata görə, Nev sentyabrın 3-də huşunu itirməsi səbəbilə təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. İlk müdaxilədən sonra sənətçi tənəffüs cihazına qoşularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan müayinələr nəticəsində 57 yaşlı müğənnidə çoxsaylı orqan çatışmazlığı aşkarlanıb.

Son məlumata əsasən, Nev artıq tənəffüs cihazından ayrılıb. Bununla belə, sənətçinin müalicəsi hələ başa çatmayıb və hazırda reanimasiya şöbəsində davam etdirilir.

Reklam728 × 90