Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il mövsümü üçün Formula 1 çempionatının təqvimini təqdim edib.
Portuqaliya və Türkiyədəki turlar təqvimə qayıdacaq. Portuqaliya Qran Prisi 18-20 iyun tarixlərində Portimao trasında, Türkiyə Qran Prisi isə 1-3 oktyabr tarixlərində İstanbulda keçiriləcək.
Azərbaycan Qran Prisi sentyabrın 24-26-na planlaşdırılıb.
Bu mövsüm 22 ölkədə ümumilikdə 24 Qran Pri keçiriləcək. Çempionat 12 martda Bəhreyndə başlayacaq və 12 dekabrda Əbu-Dabidə başa çatacaq.







