Ermənistanın baş naziri Nikol Paşinyan Hessian Sülh Mükafatını almaq üçün Almaniyaya gedəcək.
Bu barədə “Caliber” məlumat yayıb.
“Ermənistanın Baş nazirinə bu sənəd Visbadendə Hessen federal əyalətinin parlamentində keçiriləcək mərasim zamanı təqdim olunacaq “, – deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, mükafatın Paşinyana respublikanı Avropa Birliyinə yaxınlaşdırdığına və Cənubi Qafqazda sülhün bərqərar olması səylərinə görə verilməsi nəzərdə tutulur.







