Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Günel Abbas Xankəndi FK-nın mətbuat katibi təyin olunub

Reklam728 × 90

Xankəndi Futbol Klubunda yeni təyinat həyata keçirilib.

Günel Abbas Xankəndi FK-nın mətbuat katibi vəzifəsinə təyin olunub.

G.Abbas hazırda Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsində fəaliyyət göstərir. O, bundan əvvəl müxtəlif media qurumlarında jurnalist kimi çalışıb, həmçinin kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərib. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr və magistratura səviyyələri üzrə alıb.

G.Abbas yeni vəzifəsində klubun media ilə əlaqələrinin təşkili, Xankəndi FK-nın fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılması və klubun kommunikasiya fəaliyyətinin həyata keçirilməsinə cavabdeh olacaq.

Qeyd edək ki, Xankəndi FK-da idarəetmə və kommunikasiya strukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Reklam728 × 90