Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

NBA-nın Avroliqanı neçəyə almaq istədiyi bəlli oldu

Reklam728 × 90

Milli Basketbol Assosiasiyasının (NBA) rəhbərliyi Avropada NBA layihəsi üçün plan hazırlamağa davam edir.

Amerikalılar Avroliqanın satın alınması üçün təklif olunan müqaviləyə 2 milyard dollar ayırmağa hazırdırlar.

Bu barədə Yunanıstanın SDNA nəşri məlumat yayıb.

Nəşr bildirib ki, “Maliyyə şərtləri hələ rəsmi olaraq təqdim edilməyib, yəni Avroliqa səhmdarları arasında bölüşdürülə biləcək məbləğ hələ də qeyri-müəyyəndir. Lakin NBA-nın Avropa yarışlarına getdikcə daha çox investisiya qoymaqda qərarlı göründüyü üçün Avroliqa daxilində müzakirələrin intensivləşdiyini öyrəndik”.

Planlaşdırılan turnirdə 12 daimi franşiza və dörd illik seçmə vəsiqəsi də daxil olmaqla 16 komandanın iştirakı gözlənilir.

Reklam728 × 90