Rusiya Federasiyasının Yaroslavl vilayətindəki neft emalı zavodunda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yanğın baş verib.
Bu barədə regionun rəhbəri Mixail Yevrayev məlumat yayıb.
Onun sözlərinə görə, vilayət üzərindəki səmada 65 PUA məhv edilib. Yanğınlar operativ şəkildə söndürülür. Dron hücumu nəticəsində xəsarət alan olmayıb.







