ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə görüş keçirəcək.
Bu barədə “Axios” bildirib.
Məlumata görə, görüşdə İranla müharibənin növbəti mərhələsi və sonrakı dövr üçün ABŞ-ın strategiyası müzakirə olunacaq.
Qeyd edilir ki, Ggörüşə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Omanın liderlərinin və ya xarici işlər nazirlərinin qatılacağı gözlənilir.







