Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Avropada poliqonda partlayış – Çox sayda yaralı var

Reklam728 × 90

İsveçin Karlssborq şəhərindəki poliqonda baş verən partlayışdan sonra yeddi hərbçi xəstəxanaya çatdırılıb.

Bu barədə SVT telekanalı məlumat yayıb.

Məlumata görə, yaralılardan beşi reanimasiya şöbəsindədir. Telekanalın mənbələri poliqonda partlayış baş verdiyini təsdiqləyib. Lakin İsveç Silahlı Qüvvələri hərbçilərin hansı insident nəticəsində xəsarət aldığını dəqiqləşdirməyib.

“Poliqonda insident baş verib. Təəssüf ki, bunun hansı insident olduğunu təsdiqləyə bilmirəm”, — Silahlı Qüvvələrin mətbuat xidmətinin nümayəndəsi Mikael Öqren deyib.

Bildirilir ki, xəstəxanaya yerləşdirilənlər peşəkar hərbçilərdir. Ölkənin Silahlı Qüvvələri öz saytında yaralananların qəlpə yaraları aldıqlarını bildirib.

Reklam728 × 90