Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir

Reklam728 × 90

Bakıda iki yolda nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil olunur.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzər alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.

Hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilib.

Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq.

 

Reklam728 × 90