Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı

Reklam728 × 90

Pakistanda məsciddə partlayış olub.

Bu barədə “Geo News” məlumat yayıb.

Hadisə Xeybər-Paxtunxva əyalətinin Kohat bölgəsində yerləşən məsciddə baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində 15 nəfər həyatını itirib, 50-dən çox yaralı xəstəxanaya yerləşdirilib.

Polis rəsmilərinin sözlərinə görə, güclü partlayış cümə namazı zamanı baş verib. Nəticədə məscidin qarşısında çuxur yaranıb, binanın xarici hissəsinə ciddi ziyan dəyib və divarlardan biri uçub.

Hadisədən sonra partlayışın baş verdiyi Kohat-Hanqu yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Kohat Rayon Mərkəzi Xəstəxanasında isə fövqəladə vəziyyət elan edilib.

Bölgəyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Reklam728 × 90