Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Türkiyədə güclü zəlzələ: Bu bölgə ilə bağlı xəbərdarlıq edildi

Reklam728 × 90

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 5 maqnitudalı zəlzələ baş verib.

Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.

Geologiya üzrə mütəxəssis, professor Osman Bektaş zəlzələdən sonra Adana bölgəsi ilə bağlı xəbərdarlıq edib.

Bektaş bildirib ki, Kahramanmaraş blokunun şərq və şimalındakı böyük faylar 2023-cü ildə qırılıb, lakin qərb sərhədində Savrun fay xətti qırılmadan qalıb və 2023-cü ildən etibarən Saimbeyli ətrafındakı zəlzələlərlə hərəkətini davam etdirir.

Onun sözlərinə görə, Adana üçün zəlzələ təhlükəsi davam etməkdədir.

Reklam728 × 90