Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı

Reklam728 × 90

Sentyabrın 21-dən 22-nə keçən gecə hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində 297 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu bəyanat Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukrayna Silahlı Qüvvələrinin (UHQ) Samara da daxil olmaqla Rusiya bölgələrinə kütləvi hücumundan sonra yayımlanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Samara ilə yanaşı, Smolensk, Saratov, Ulyanovsk və digər vilayətlərə də hücum edilib, Rusiyanın işğalı altında olan Krım üzərində də Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA vurulub .

Vurulan bütün dronlar təyyarə tiplidir. Daha əvvəl Samara bölgəsinin Ukrayna Silahlı Qüvvələrinin dronlarının böyük hücumuna məruz qaldığı bildirilmişdi. Onlarla dron vurulmuş, evlərə və avtomobillərə ziyan dəymişdir.

Reklam728 × 90