Fransalı nazir Aİ-dən "Shein"ə sanksiya tələb edir
Fransanın xarici işlər naziri Jean-Noel Barrot Avropa Komissiyasını Avropa İttifaqını Çinin onlayn sürətli moda nəhəngi “Shein”ə sanksiya verməyə çağırıb.
“Xəbərsiz” bildirir ki, Barrot bu barədə “Franceinfo” radiosuna müsahibəsinə danışıb.
“Mən hesab edirəm ki, platforma Fransanın təhriki ilə 2022-ci ildə tətbiq etdiyimiz Avropa qaydalarını açıq-aşkar pozur. Hesab edirəm ki, Avropa Komissiyası nəsə etməlidir, daha çox gözləyə bilməz”, – deyə o, bildirib.
Qeyd edək ki, “Shein” çərşənbə günü Parisdəki BHV univermağında ilk daimi mağazasını açıb.
Fransanın maliyyə naziri Roland Lescure daha əvvəl istehlakçı hüquqlarının müdafiəsi agentliyi şirkətin internet saytında uşaq pornoqrafik kuklalar satdığını aşkar etdikdən sonra brendi ölkə daxilində qadağan etməklə hədələyib.
“Shein” cavab verib ki, bu kuklaların satıcılarına sanksiya tətbiq edib, öz saytında pornoqrafik kuklaların satışına dünya miqyasında qadağa qoyub və üçüncü tərəf satıcılarının öz saytında satış üsullarını “nəzərdən keçirmək və gücləndirmək” üçün Fransada satışı müvəqqəti dayandırıb.
Əli Hacı





