Ermənistanın Ukraynanın xeyrinə Rusiya buğdasından imtina etmək niyyəti yoxdur - Baş nazir
Ermənistan Ukrayna buğdasının xeyrinə Rusiya buğdasından imtina etmək fikrində deyil.
“Xəbərsiz” xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
Baş nazir ABŞ və Böyük Britaniyanın Ermənistan Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətində iştirakı ilə bağlı yayılan xəbərləri də təkzib edib.
“Böyük Britaniya və ABŞ-nin bununla heç bir əlaqəsi yoxdur. O, Ermənistan hökumətinin qərarları ilə yaradılıb. Eyni zamanda, bizim Xarici Kəşfiyyat Xidmətimiz də hər hansı xarici kəşfiyyat xidməti kimi xarici tərəfdaşlarla, o cümlədən Rusiya, ABŞ və Böyük Britaniyadan olan tərəfdaşlarla əməkdaşlıq edir”, – baş nazir vurğulayıb.
İslam İman





