Rusiya Arktikada Hindistan və Çinlə əməkdaşlığa hazırdır - Rusiyanın baş naziri
Rusiya Hindistan, Çin və digər ölkələrlə əsas hissəsi Şimal Dəniz Marşrutu boyunca uzanan Trans-Arktika Nəqliyyat Dəhlizindən istifadə üzrə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.
“Xəbərsiz” bildirir ki, bunu Rusiyanın Baş nazir Mixail Mişustin Rusiya Nəqliyyat Forumunda çıxışı zamanı bildirib.
“Çin, Hindistan və bir sıra digər ölkələr onun Trans-Arktika Nəqliyyat Dəhlizinin istifadəsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Biz qarşılıqlı fayda əsasında birgə işləməyə hazırıq”, – Mişustin bildirib.
Baş nazir Trans-Arktika Nəqliyyat Dəhlizinin Rusiya üçün əhəmiyyətini vurğulayıb:
“Bu marşrutun əsas hissəsi Şimal Dəniz Marşrutu boyunca keçir. O, Avropa ilə Asiya-Sakit Okean regionu arasında ən qısa və təhlükəsiz marşrut olduğu üçün böyük potensiala və rəqabət üstünlüklərinə malikdir”.





