Marko Rubio Kallasla görüşdən imtina edib
ABŞ dövlət katibi Marko Rubio Avropa İttifaqının baş diplomatı Kaja Kallas ilə ikitərəfli görüşlər keçirməkdən imtina edib.
“Xəbərsiz” bildirir ki, bu iddia ilə “Politico Europe” çıxış edib.
Qeyd edək ki, Politico sentyabr ayında bildirmişdi ki, Kallas Rusiya və Qəzza ilə bağlı mövqeyinə görə Brüsseldə artan tənqidlərlə üzləşir və həmkarları ilə münasibətləri gərginləşdirir.
Politico-ya görə, o, “yüksək nümayəndə kimi qəbul edildikdən sonra Avropa Komissiyasında və Brüssel səhnəsində bəzilərini daha geniş şəkildə heyran etmədi”.
Media onun bəzi həmkarları ilə gərgin münasibətləri və Avropa Şurasının sədri Antonio Kosta ilə yöndəmsizliyi barədə şayiələrə diqqət çəkib.
Kallas 2024-cü ildə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə gəlməzdən əvvəl Estoniyanın baş naziri vəzifəsində çalışıb.
Xəbərsiz





