Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Sosial Xidmətlər Agentliyinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

Reklam728 × 90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları “Müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında kompleks reabilitasiya və abilitasiya: Moskva sosial müəssisələrinin təcrübəsi” adlı beynəlxalq tədbirdə iştirak ediblər.

“Xəbərsiz” bildirir ki, tədbirdə Moskva şəhərinin bir sıra sosial müəssisələrinin nümayəndələri, reabilitasiya və korreksiya üzrə mütəxəssislər, mühəndis-ixtiraçılar, pedaqoqlar, eləcə də beynəlxalq nümayəndələr iştirak ediblər.

Məqsəd serebral iflic və autizm spektr pozuntusu olan uşaqların reabilitasiya və abilitasiya proseslərində müasir texnologiyaların, yeni yanaşmaların və sosial müəssisələrin qabaqcıl təcrübələrinin mübadiləsini təmin etmək olub.

“Naş Dom” Sosial Rifah Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə reabilitasiya və yardımçı avadanlıqların interaktiv sərgisi təşkil edilib. Ekspertlər tərəfindən müvafiq sahəyə dair qabaqcıl metodlar və innovativ texnologiyalar təqdim olunub.

Tədbir açıq müzakirələr və sual-cavab sessiyaları ilə yekunlaşıb.

Reklam728 × 90