Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Ağır qəza oldu – Ölən və yaralananlar var

Reklam728 × 90

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

“Xəbərsiz” Report-a istinadən xəbər verir ki, Abbasov Mirəli Yolçu oğlunun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgərov Ələsgər Elxan oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində öüb.

Sərnişinlər – 2003-cü il təvəllüdlü Rəsulova Sevinc Şükür qızı və 2006-cı il təvəllüdlü Rəsulova Nəzrin Şükür qızı, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Reklam728 × 90