1991-1992-ci illərdə Azərbaycanda taxıl məhsulları naziri olmuş Zakir Abdullayev vəfat edib.
“Xəbərsiz” xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Z. Abdullayev ovaxtkı dövlət rəhbəri Ayaz Mütəllibovun sərəncamı ilə nazir təyin olunub. 1992-ci ilin noyabrında isə vəzifədən azad edilib.







