İndoneziyada daşqınlarda ölənlərin sayı 600-ü ötüb
İndoneziyanın Sumatra adasında dağıdıcı daşqınlardan sonra ölənlərin sayı artmaqda davam edir.
“Xəbərsiz” bildirir ki, təbii fəlakətlərin idarə olunması rəsmilərinin məlumatına görə, hazırda güclü daşqın və torpaq sürüşməsi nəticəsində 600-dən çox adamın öldüyü bildirilir.
460-dan çox adam hələ də itkin düşüb, 2600-ə yaxın insan isə yaralanıb. Aceh, Şimali Sumatra və Qərbi Sumatra əyalətləri xüsusilə ağır zərbələrə məruz qalıb, yüz minlərlə insan evsiz qalıb.





