Çinin xarici işlər naziri Vitkoffla eyni vaxtda Moskvaya gəlib
Çinin xarici işlər naziri Vanq Yi Kremldə ABŞ-nin xüsusi nümayəndəsi Stiven Vitkoff ilə görüşəcək.
“Xəbərsiz”in məlumatına görə, Vanq Yi dekabrın 2-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə məsləhətləşmələr aparıb.Müzakirədə Rusiya və Çin kəşfiyyat orqanları arasında əməkdaşlıq, həmçinin “beynəlxalq və regional təhlükəsizliyin aktual problemləri” müzakirə olunub.
Vanq Yi ilə danışıqlar Putin və Vitkoff arasında Kremldə planlaşdırılan görüşdən bir neçə saat əvvəl baş tutub, Reuters mənbələrinin məlumatına görə, görüşdə Donald Trampın kürəkəni Jared Kuşner də iştirak edəcək.
Danışıqlar saat 17:00-dan sonra başlayacaq.
Xəbərsiz





