Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

MİDA mənzillərini qanunsuz satanlar tutuldu

Reklam728 × 90

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən şəxslər saxlanılıb.

“Xəbərsiz” xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Reklam728 × 90