Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
SON DƏQİQƏ! Ruslan Eyyubovdan xəbər var
Ebola ilə bağlı TƏHLÜKƏLİ VƏZİYYƏT
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK
15 İyun 2026
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
15 İyun 2026
Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?
15 İyun 2026
Əsas/İqtisadiyyat/Vergi Məcəlləsində dəyişiklik edildi
İqtisadiyyat

Vergi Məcəlləsində dəyişiklik edildi

Xəbərsiz Media
09 Dekabr 2025

Milli Məclis vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

“Xəbərsiz” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik layihəsi müzakirə olunub.

Müzakirələrdə qeyd edilib ki, Vergi Məcəlləsinin 2.8-ci maddəsindən irəli gələrək növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişiklik layihəsi 3 blokdan ibarət olmaqla ümumilikdə 45 əsas maddə üzrə 145 dəyişiklikdən ibarətdir.

Məcəllənin həmin maddəsində qeyd edilib ki, növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Milli Məclisə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir.

Sözügedən dəyişikliklər paketinin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizədir.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında (MR) ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması istiqamətlərini əhatə edir.

Dəyişikliklər paketinin layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçünü oxunuşda qəbul edilib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət15 İyun 2026

Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK

Gündəm15 İyun 2026

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş

Dünya15 İyun 2026

Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?

Mədəniyyət15 İyun 2026

Flora Kərimova ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Dünya15 İyun 2026

Hava limanında saxlanılan Koçaryanın ölkədən çıxışına qadağa qoyuldu

Dünya15 İyun 2026

SON DƏQİQƏ! Netanyahu Trampın sülh bağlı tələbini RƏDD ETDİ

Prezident15 İyun 2026

Prezident Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladı

Hərbi15 İyun 2026

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

Hadisə15 İyun 2026

Bloqerin bacısı avtoqəzada həlak oldu - Fotolar 

Gündəm15 İyun 2026

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir - Görünməmiş yenilik olacaq

Həmçinin oxu

İqtisadiyyat

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

No Comment
52 baxış
İqtisadiyyat

Qızıl almaq istəyənlərə VACİB XƏBƏR: Qiymətlərlə bağlı PROQNOZ

No Comment
117 baxış
Manşet

Dollar almaq istəyənlərin nəzərinə

No Comment
53 baxış
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti artdı

No Comment
53 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?
Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq
İqtisadiyyat
Dollar almaq istəyənlərin nəzərinə
Azərbaycan neftinin qiyməti artdı
Kirayə mənzillər bahalaşacaq – SƏBƏB

Bölmələr üzrə

Baxış bucağı 795
Cəmiyyət 2002
Dünya 1100
Elm və təhsil 321
Gündəm 1140

Bütün müəllif hüquqları qorunur - 2026