Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bakı metrosu gecə saat 1-ə qədər açıq olacaq

Reklam728 × 90

Bakı metrosu “Qarabağ” klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

“Xəbərsiz” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin məlumatına görə, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq.

Reklam728 × 90