“Maqazin Plusun Dostu” mükafatlandırma mərasimi baş tutub.
“Xəbərsiz” bildirir ki, tədbirdə ölkənin tanınmış simaları, öz sahəsində fərqlənən peşəkarlar və uğurlu iş adamları müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər.
Mükafatlar jurnalist, teleaparıcı Zümrüd Şahova tərəfindən təqdim edilib.
Tədbirin təşəbbüskarı və təşkilatçısı isə jurnalist, prodüser Səbinə Rəcəblidir. Onun rəhbərliyi ilə hazırlanan tədbir şou-biznes nümayəndələri və ictimaiyyət tərəfindən müsbət qarşılanıb.
Mərasim ümumilikdə əmək, istedad və uğurun qiymətləndirildiyi bir layihə kimi dəyərləndirilib.









