Bu vəzifələrə yeni TƏYİNATLAR OLUB - FOTO
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən bir sıra kollec rəhbərliyində yeni təyinatlar həyata keçirilib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Qeyd edilib ki, Səbuhi Qurbanov Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini, Vüqar Mikayıllı isə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





