Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Pirotexniki vasitələr satan 23 nəfər saxlanıldı

Reklam728 × 90
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyindən məlumat verilib.

Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 23 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Reklam728 × 90