Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“İmarət”i bu şirkət inşa edəcək – 60 milyonluq müqavilə…

Reklam728 × 90

Gənclər və İdman Nazirliyinin “İmarət” stadionun tikinti işlərinin birinci mərhələsinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.

“Xəbərsiz” Teleqraf-a istinadən xəbər verir ki, nazirliyinin elan etdiyi tenderin qalibi “PMD Project” MMC olub.

Tərəflər arasında 60.506.659,56 AZN-lik sözləşmə imzalanıb.

Qeyd edək ki, “PMD Project” şirkətinin direktoru Nəriman Topçibaşevdir. O, 2021-ci ildən “PMD Projects” MMC-nin direktoru olaraq çalışır.

Şirkət “Zəfər Parkı”, Şuşa Məscidi, Ağdamda “İmarət” kompleksi və digər layihələri icra edib.

Reklam728 × 90