Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bəzi keçmiş məcburi köçkünlərə yardım dayandırılır

Reklam728 × 90

Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinin 3 ili başa çatan vətəndaşların məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirlərindən istifadəsi dayandırılır.

“Xəbərsiz” Milli.Az-a istinadla xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Bildirilib ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 3-cü maddəsinə uyğun olaraq, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəştlər və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddətdə qüvvədədir.

“Qanuna əsasən, məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən üç il müddətində tətbiq olunur”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağalı kəndinə 2022-ci il iyulun 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb.

Reklam728 × 90