Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Azərbaycan və İsrail prezidentləri görüşdü – FOTO

Reklam728 × 90

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrailin Prezidenti İsxak Hersoqla görüşüb.

“Xəbərsiz” xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun Azərbaycana səfərləri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb.

İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.

Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Reklam728 × 90