Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Kamran Əliyevdən daha bir təyinat

Reklam728 × 90

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

“Xəbərsiz” APA -ya istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsinə təyin olunub.

Bundan başqa, ədliyyə polkovnik-leytenantı Samir Qarayev Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

Reklam728 × 90