Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

İcra başçısının müavini işdən çıxdı

Reklam728 × 90

Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

“Xəbərsiz” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Niftalı Qasımov icra başçısının müavini vəzifəsindən azad edilib.

O, uzun illərdir icra başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. N.Qasımov bu vəzifəyə 2007–2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib.

Reklam728 × 90